!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Həmsədrlərin Qarabağ məsələsində heç bir təklifinə baxıla bilməz" - ŞƏRH

!Reklam – Yazi

“Sadəcə iki məsələdə – sülh sazişinin imzalanması və sərhəddlərin müəyyən edilməsi məsələsində ATƏT-in Minsk qrupunun təkliflərinə baxıla bilər. Qarabağ məsələsində isə həmsədrlərin heç bir təklifinə baxıla bilməz”.

Bu fikri Yenicag.az-a açıqlamasında Paşinyanın son mesajları, ATƏT-in Minsk qrupunun yenidən prosesə qoşulmaq cəhdləri və Həmsdərlərin bəyanatını şərh edən politoloq Elxan Şahinoğlu səsləndirib:

Elxan Şahinoğlu bildirib ki, Paşinyan Rusiyanı şantaj edir:

“Paşinyan hökumətin son iclasında bildirib ki, Bakıda ermənilərin məhkəmələri gedir. Onlar 10 noyabr üçtərəfli bəyənatından sonra Rusiyanın sülhməramlılarının məsul olduğu ərazidə ələ keçirilib. Qarabağda erməni hərbçilərin əsir götürülməsinə Moskva göz yumub və Bakıya qarşı sərt açıqlama verməyib. Paşinyanın Rusiyaya bir mesajı da var idi, bu ATƏT-in Minsk qrupu ilə bağlıdır. Deyir, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına müraciət edəcəyik ki, sərhəddə monitorinq qrupu yerləşdirsinlər. Sonrakı fikri çox maraqlıdır. Əgər bu, hər hansısa bir səbəbdən mümkün olmazsa, o zaman belə bir monitorinq qrupunu ATƏT yaratsın. Bu da Moskvaya mesajdır ki, siz bizi Azərbaycandan qorumaq istəmirsiniz, biz Fransa və ABŞ-a müraciət edəcəyik. Bu da Moskvanı şantaj etməkdir. Atəşkəsi və gərginliyi bir qədər də artırırlar ki, Fransa və ABŞ-dan dəstək alsınlar. Belə vəziyyət olanda da, ATƏT-in Minsk qrupu bəyanatla çıxış edir.

Azərbaycanın mövqeyi bəllidir. 30 il mənasız danışıqlar apardılar. İşğala son qoymadılar. O zaman status məsələsini müzakirə etməyə hazır idik. İndi status Azərbaycan üçün önəmsiz mövzudur”.

Politoloq proseslərin gedişatında nələrin ola biləcəyini bu şəkildə açıqlayıb:

“Minsk qrupu son açıqlamasında Qarabağ münaqişəsi ifadəsini işlətmir. Özləri də anlayırlar ki, belə bir münaqişə yoxdur. Əgər Minsk qrupu həmsdərləri Azərbaycanın tələb etdiyi sülh sazişinin hazırlanmasında və ya sərhəddin müəyyənləşməsində iştirak etmək istəyirsə, buna baxıla bilər. Qarabağla bağlı Minsk qrupunun təkliflərinə baxa bilmərik. Qarabağla bağlı onların heç bir təklifi də yoxdur”.

Səxavət Məmməd

www.yenicag.az

545
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv