!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Hər məmur bir vəzifə daşısın”- Tanınmış icmalçıdan maraqlı təklif

!Reklam – Yazi

imageSon günlər ölkə mediasında dünyada yaşayan azərbaycanlı oliqarxların aqibəti ilə bağlı yari doğru, yarı yalan məlumatlar yayılmaqdadır. Türkiyənin tanınmış iş adamı Mübariz Mənsumovun verdiyi açıqlama isə sözün bütün mənasında bəzi qaranlıq məqamlara işıq saçmış oldu.

Bu sözləri saytımıza ASGA Analitik Təhlil Mərkəzinin rəhbəri, icmalçı Azər Verdiyev deyib: “Cənab Prezident son 6 ayda bir sıra sahələrdə olan problemlərlə bağlı ciddi mesajlar verdi. Vaxtında və yerində verilən tapşırıqlar sayəsində ölkəmiz dünyada baş alıb gedən krizisdən maksimum səviyyədə sığortalanmağı bacardı. Hesab edirəm elə problemlər var ki, onların devolvasiya ilə heç bir əlaqəsi yoxdur. Məsələn hər hansı bir şəxs nazir, icra başçısı, rəis və yaxud başqa bir yüksək vəzifəyə təyin edilir. Dərhal bu məmur holding açır və dövlətin vəsaitini ora yönəldir. Beləliklə bəlli bir sahədə artıq monopoliya yaranır, tenderləri bir MMC udur. Bu birbaşa olaraq Cənab Prezidentin iradəsinə zidd atılan addımlardır. Təbii ki, sağlam bünövrəsi olmayan bu tip holdinqlərin ömrü də elə məmurun vəzifədə olduğu dövlərə təsadüf edir. Nazir işdən ayrılan kimi holdinq də çökür. Bəs ortada xərclənən milyonların hesabını, yükünü kim çəkəcək? Təbii ki dövlət. Nazirlərimiz, icra başçıları, prokurorlar, rəislər, komitə sədrlərimiz, hətta bir çox deputatlarımız az qala 10 vəzifə daşıyırlar. Bu vəzifələri layiqincə idarə edilməsi fiziki cəhətdən mümkün deyil. Hesab edirəm bu sahədə ciddi monitorinq aparılmalıdır. İri bizneslə məşğul olan sahibkarlara sərbəstlik verilməlidir. Eyni zamanda məmurlara pul yumaq üçün holdinqlərin açılması qadağan edilməlidir. Ən vacib məqam isə bir məmurın bir vəzifə daşımasını təmin etməkdən ibarətdir. Ölkədə yüzlərlə istedadlı, bacarıq gənc kadrlar var. Bir şəxsi həm nazir, həm komitə sədri, həm idman federasiyası prezidenti, həm partiya sədri, həm politoloq, professor, dilşünas, dinşünas, mültikultralşünas təyin etməkdənsə bu on yeri on gəncə vermək dövlətimiz üçün daha effektiv olar. Məncə bu sahədə ciddi şəkildə düşünmək lazımdı. Ölkəmizdən kənarda yaşayan azərbaycanlılara isə birmənalı şəkildə dəstək olmaq lazımdı. Onlara qarşı aparılan qarayaxma kampaniyası isə birbaşa ermənilər tərəfindən idarə olunur. ”

www.yenicag.az

774
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv