!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Hər şeyi dövlətin üzərinə yükləmək doğru deyil” - ŞƏRH

!Reklam – Yazi

“Birmənalı olaraq iqtisadiyyatda dövlətin rolunu azaltmaq lazımdır”.

Bu sözləri “Şahdağ Turizm Mərkəzi” və digər turizm obyektlərinin zərərlə fəaliyyət göstərməsinə münasibət bildirən iqtisadçı ekspert Eldəniz Əmirov Yenicag.az-a açıqlamasında qeyd edib.

O, həmçinin bildirib ki, əsas amil turizm mərkəzləri və digər sahələrdə olan obyektlərin dövlətin nəzdində olması, maliyyə vəsaitləri əldə etməsidir.

“Şahdağ Turizm Mərkəzi”nin zərərlə işləməsi ciddi neqativ tendensiyadır. Çünki 2011-ci ildən bəri ölkədə turizmin inkişafı istiqamətində vəsaitlər xərclənir.

Nəticə etibarilə ölkənin prioritet istiqaməti olan turizm obyektlərinin bu qədər zərərlə işləməsi fikrimcə, heç də yaxşı hal deyil. Zərərin səbəbləri həmin mərkəz tərəfindən açıqlansa da, fakt odur ki, bu cür turizm mərkəzi zərərlə işləyib. Buradan belə nəticə çıxır ki, nəsə doğru edilməyib.

Bu doğru olmayan nədir? Mən hesab edirəm ki, ən böyük doğru olmayan amil turizm mərkəzinin dövlətin nəzdində olmasıdır. Nəyə görə bu obyekti dövlət işlətməlidir? Hər şeyi dövlətin üzərinə yükləmək doğru deyil.

Turizm mərkəzləri özəl təsərrüfat subyektlərinin fəaliyyətində olmalıdır. Bu mərkəzlər özünü ayaqda saxlamağı bacarmalıdır. Turizm obyektlərinin dövlətin nəzdində olması məsələnin ciddi mənfi faktorlarından biridir.

“Azərxalça”, “Şahdağ Turizm Mərkəzi” və digər bu kimi qurumların dövlətin tabeliyində olmasına baxmayaraq yekunda hamısının zərərlə işlədiyinin şahidi oluruq. Həmin bu zərər də dövlətə dəymiş olur. Buna görə də birmənalı olaraq iqtisadiyyatda dövlətin rolunu azaltmaq lazımdır. Düzdür, inkişaf etmiş ölkələr səviyyəsində azalda bilmiriksə, heç olmazsa getdikcə bu sahələri dövlətsizləşdirməyə keçməliyik. Ən azından müəyyən sahələri, turizm kimi sektorları özəlləşdirməliyik.

Sahibkarın buraya öz marağı olmalıdır. Sahibkar dövlətdən maliyyə yardımı alacaqsa, zərərlə işləməsinə rəğmən dövlətə arxayın olacaqsa, o zaman bu sektorda effektivlik olmayacaq. Dünya praktikasından da göründüyü kimi, dövlət nəzdində olan obyektlər sahibkarlıqla məşqul olursa, həmin sahə zərərlə fəaliyyət göstərir. Səbəb isə, orada olan subyektlərin maraqlarının şəxsi sahibkarların maraqları qədər güclü olmamasıdır”.

Yusif Səmədzadə

www.yenicag.az

686
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv