!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Hərarəti yüksək olanlar bu şərtlə imtahana buraxılacaq

!Reklam – Yazi

“Biz çalışacağıq və bu məsələyə baxacağıq ki, bədən hərarəti yüksək olduğu üçün imtahana buraxılmayanlar doğrudan xəstə deyilsə, onun iştirakı ətrafdakılar üçün təhlükəli deyilsə, həmin abituriyentləri imtahana buraxaq”.

Yenicag.az-ın məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bu gün keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, birinci həftədə buraxılış imtahanında 45 mindən çox, ikinci həftədə 47 min abituriyent iştirak edib:

“İmtahanda iştirak edənlərin sayı ümumi abituriyentlərin sayı ilə müqayisə edilə bilməz. Bundan əvvəl də yoluxucu xəstəliyi olanların imtahana daxil olma cəhdləri olmuşdu. Biz onları da imtahana daxil etməmişdik. Sentyabr ayında buraxılış imtahanı keçirəcəyik”.

www.yenicag.az

550
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv