İrəvanda hərbçi öz evində yaralı vəziyyətdə tapılıb.
Yenicag.az erməni mətbuatına istinadən xəbər verir ki, 21 yaşlı Levon S. güzgünü sındıraraq, özünə qəsd edib. Hadisədən sonra yaralı Heratsi Universitetinin 1 saylı Xəstəxanasına çatdırılıb. Lakin 21 yaşlı gəncin həyatını xilas etmək mümkün olmayıb.
KİV-lərdə yayılan məlumata görə, ölən Levon S. Ermənistan ordusunda xidmət edirmiş.
//unikal.az