Şabranda qəza: Qazi və hamilə həyat yoldaşı həlak oldu - YENİLƏNDİ
Şabranda baş verən qəzada ölənlərin kimliyi məlum olub.
Yenicag.az-ın “Qafqazinfo”ya istinadən məlumatına görə, qəzada həlak olan Sabirabadın Ulacalı kənd sakini 2002-ci il təvəllüdlü Zeynalzadə Akif Səbahət oğlu və onun həyat yoldaşı Zeynalzadə Dinara olub. Onların bir övladları var. D. Zeynalzadə ikinci övladına hamilə olub.
Əlavə edək ki, A.Zeynalzadə Vətən müharibəsi qazisi idi.
***12:02
Şabranda rayonunda minik avtomobili və yük maşınının iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsində iki nəfər ölüb.
Yenicag.az-ın “Report”a istinadən Şimal bürosunun məlumatına görə, hadisə Bakı – Quba – Rusiya Federasiyası dövlət sərhədi avtomobil yolunun Şabran rayonu ərazisindən keçən hissəsində baş verib.
Belə ki, “Renault” markalı minik avtomobilinin və yük maşınının (TIR) toqquşması nəticəsində iki nəfər hadisə yerində ölüb.
Qəzaya səbəb kimi minik avtomobilinin qarşı hərəkət zolağına çıxması göstərilir.
Faktla bağlı araşdırma aparılır.