Bütün məktəblərdə 6-cı siniflərin monitorinqi keçiriləcək

media-hightechnic-468x90

Bu gün ölkə üzrə bütün dövlət ümumi təhsil müəssisələrində VI siniflərin monitorinqi keçiriləcək.

Yenicag.az xəbər verir ki, monitorinqdə iştirak icbaridir.

Yalnız üzrlü səbəblər olduğu halda iştirakdan azad olunma mümkündür.

Monitorinq tədris dili və riyaziyyat fənləri üzrə aparılır və monitorinq nəticələri şagirdlərin summativ qiymətləndirmə ballarına və sinifdən-sinfə keçidlərinə təsir göstərmir.

Qeyd edək ki, bu ildən etibarən monitorinqin müəyyən bir hissəsinin kompüter əsaslı formatda təşkilinə start verilib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsi və Abşeron-Xızı Regional Təhsil İdarələrinin tabeliyində olan bir sıra ümumi təhsil müəssisələrində təhsil alan 10 000 şagird kompüter əsaslı monitorinqə cəlb olunub.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600