Rusiya 273 dronla hücum etdi: Ölənlər var

media-hightechnic-468x90

Mayın 18-nə keçən gecə Rusiya 273 drondan istifadə etməklə, Ukraynaya bu ilin rekord sayda dron hücumunu həyata keçirib.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri məlumat yayıb.

Hücum Rusiyanın bir gecədə Ukraynaya atdığı dronların sayına görə rekorddur. Bundan öncə, fevralın 23-də 267 dronla hücum qeydə alınmışdı.

Hərbi Hava Qüvvələrinin məlumatına görə, Rusiya ordusu beş istiqamətdən – Bryansk, Kursk, Oryol vilayətləri, həmçinin Millerovo və Primorsko-Axtarsk bölgələrindən hücuma keçib.

Mayın 18-i səhər saatlarına olan məlumata görə, 88 dron vurulub. Hücum Kiyev, Dnepropetrovsk və Donetsk vilayətlərini əhatə edib.

Rusiya Krımdan üç “İskəndər-M” və “KN-23” ballistik raketlərindən də istifadə edib.

Kiyev vilayət Hərbi Administrasiyasının rəhbəri Nikolay Kalaşnikinin sözlərinə görə, Obuxov rayonunda bir qadın aldığı xəsarətlərdən ölüb. 61 yaşlı kişi, 59 yaşlı qadın və 4 yaşlı uşaq da yaralanıb və xəstəxanaya yerləşdirilib. Zərərçəkənlərin vəziyyəti orta ağırdır./Azertag/

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05