!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Hərbçilərə qarşı "qayçılama prosesi": "Xarici və daxili düşmənlər əl-ələ verib işləyirlər" - Hərbi ekspert

!Reklam – Yazi

“Azərbaycana qarşı həm xaricdə, həm daxildə təxribati işlər gedir və kompleks şəkildə aparılır. Bunlar hamısı ölkənin dayağı, müstəqilliyinin qarantı, onun üzünü ağ edən, bayrağını uca edən orduya yönəlir. Xarici və daxili düşmənlər əl-ələ verib işləyirlər”.

Bunu son günlər ehtiyatda və istefada olan hərbçilərin pensiyasının müzakirə mövzusuna çevrilməsi, qurumların fəaliyyəti nəticəsində yaranmış gərginliyi şərh edən hərbi ekspert Tərlan Eyvazov Yenicag.az-a açıqlamasında deyib.

Tərlan Eyvazov bildirib ki, baş verənlərin hamısı birbaşa dövlətçiliyə yönəlib və bunun qarşısı alınmasa, sonra çox gec olacaq:

“Əvvəl hərbçilər hansı vəzifə və rütbə maaşı ilə pensiyaya çıxmışdılarsa, hərbçilərin maaşları qalxdıqca, onların da pensiyaları qalxırdı. Xeyli vaxtdır ki, dövlət qurumları hərbçilərin pensiyası üzərində “qayçılama prosesi” aparırdılar. Ölkədə hərbçilərə qarşı bəzi daxili və xarici qüvvələrin səlib yürüşü başlayıb.

Müharibə bitər-bitməz hərbçilərin ikiqat maaşı kəsildi. Bu ölkədə çox ciddi ajiotaja səbəb oldu. Etirazlardan sonra məsələ tam olmasa da, nisbətən öz həllini tapdı. Pensiyalarla bağlı isə Milli Məclis Konstitusiya məhkəməsinə müraciət etdi, ordan rəy aldı və bir oxunuşda qəbul etdi. Bu qərar bilavasitə ehtiyatda və istefada olan hərbçilərin pensiyasına toxunur. Belə bir analogiya demək olar ki, heç bir ölkədə yoxdur.

Bir məqam da var idi.

Zabit şəhid və ya həlak olanda onun pensiyası həyat yoldaşına verilməli idi. Bunu özbaşına kəsmişdilər. Onu yenidən qəbul etdilər. Elə bil ki, yetimin əlindən çörəyini alıb, yenidən qaytarmaq kimi bir şey oldu.

Bir ildən çoxdur ki, qalib ordunun maddi baxımdan sıxılması ilə yanaşı əxlaqi cəhətdən, hüquqi baxımdan vurulması prosesi gedir. Müxtəlif tribunalarda üstündən 4 il keçmiş məsələləri indi qabartmağa başladılar. Halbuki həmin qanunsuzluqlar, işgəncə faktları bu gün də davam edir. Sosial siferanın hər tərəfində qanunsuzluqlar baş alıb gedir. Nədənsə ordunun üzərində daha çox dayanıldı və onun üzərinə daha çox gedildi. Döyüşən də hərbçi, döyülən də hərbçi, qanun pozan da hərbçi oldu. Ancaq digər hüquq-mühafizə orqanlarının heç bir əməkdaşı istintaqa cəlb edilmədi. Bütün bunların hamısına kompleks şəkildə baxmaq lazımdır.

Bu gün Ermənistanda müəyyən hadisələr baş verir. Paşinyan hökuməti baxmayaraq ki, güclüdür, ancaq susqun mövqedə durub. Burada iki variant var: ya özünə həddən artıq arxayındır, ya da əvvəllərdə olduğu kimi milli maraqlar üstün gəlir. O yerdəki erməni ideologiyasının öncüllüyü var, orada kreslodan imtina etməyi bacarırlar.

Bütün bunlar göstərir ki, Azərbaycana qarşı həm orada, həm burada təxribati işlər gedir və bunlar kompleks şəkildə aparılır. Bunlar hamısı ölkənin dayağı, müstəqilliyinin qarantı, onun üzünü ağ edən, bayrağını uca edən orduya yönəlir. Xarici və daxili düşmənlər əl-ələ verib işləyirlər.

Cəmiyyətin aztəminatlı təbəqəsi arasında ciddi narazılıq meydana gəlib.

Bu narazılığa bir başqa şey də əlavə olunub. Heç bir cəbhədə olmayan, heç bir qruplaşmada olmayan xanım bir jurnalist təhqir olunur, boğazına bıçaq dirənir və onu edən tapılmır. Jurnalist hansısa düşərgədə olsa idi, düşünürəm ki, bunun arxasında nəsə yatır. Jurnalist sadəcə öz işini görürdü. O adam ana olaraq, bacı olaraq, xanım olaraq, jurnalist olaraq hücuma məruz qalıb, ancaq əməli törədən tapılmır. Bildiyimiz kimi ölkədə kriminal vəziyyətə ciddi nəzarət var. Cinayətlərin açılması yüksək səviyyədədir. Bunun ardınca mitinqə çağırış olur və ictimai fəallar mitinqə qoşulurlar. Bunlar hamısı qığılcımlardır. Gələcəkdə “alov”a çevrilməsi üçün edilir və qarşısı alınmasa partlayacaq. Qərblə Rusiyanın münasibətləri düşmənçilik səviyyəsindədir. Ancaq Qarabağ problemi yönündə bu iki düşmən tərəfin məramı, məqsədi birdir. Azərbaycana qarşıdır.

Belə bir vəziyyətdə nazirlərin, məmurların ehtiyatda olan zabitlərin pensiyası üzərində “qayçılama əməliyyatı” aparması nəyə lazımdır? O nazirlər, deputatlar bilmirlər ki, sabah müharibə olsa “keçmiş” dedikləri hərbçilər yenidən ön sırada olacaqlar? Əgər dövlətin pulu olmasa, baş verənləri anlamaq olar. Ancaq pul olduğu halda insanları hər sferada narazı salmaq dövlətin təməl prinsiplərini sarsıdır. Əlilin pensiyası kəsilir, qazinin pensiyası kəsilir. Nə Ukraynada, nə Rusiyada, nə Gürcüstanda, nə Ermənistanda belə hallar var. Bütün bunları nəzərə aldıqda demək olar ki, ölkədə müxtəlif əllər insanları narazı salmaq üçün oyunlar qurub”.

Səxavət Məmməd

www.yenicag.az

1793
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv