!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Hərbi ekspert AZAL - ı HƏDƏFƏ ALDI – “Bunlar dəlidirlər, nədirlər?!”

!Reklam – Yazi

“Düşünürəm ki, AZAL rəhbərliyi məsuliyyət daşıyır və cinayətkarlar cəzalandırılmalıdır”.

Bu sözləri Yeniçağ.az-a açıqlamasında hərbi ekspert Rey Kərimoğlu deyib.

O, 25 dekabr tarixində J2-8242 Bakı-Qroznı reysini həyata keçirərkən Aktau şəhərində qəzaya uğrayan “Embraer 190” sərnişin təyyarəsinin qəzaya uğramasını şərh edib:

“Ərazi Rusiya ərazisidir və orda Azərbaycan təyyarəsi vurulub. Mən düşünürəm ki, təyyarəni Rusiya vurub. Bildiyiniz kimi, ərazidə bir müddətdir Ukraynanın hava zərbələri həyata keçirilir. Təkcə Şimali Qafqaz yox, eləcə də Həştərxan, Tatarıstan, Rostov və digər ərazilər Ukrayna ordusu tərəfindən hədəfə alınır, ərazilərdəki hərbi obyektlər, yanacaqdoldurma məntəqələri və digər infrastrukturlar vurulur. Ukrayna bunu hərbi qaydalara uyğun edir. Təyyarəmizi isə Rusiya vurub. Buna görə də Rusiya təcili şəkildə üzr istəməli və dövlətimiz bundan sonra digər prosedurları başlatmalıdır”.

Ekspert qəzada AZAL-ın rolunu şərh edərək aviaşirkətin qüsurlarından da bəhs edib:

“Digər tərəfdən, düşünürəm ki, AZAL çox ciddi qüsurlara yol verib. Burda cinayət hadisəsi var. Ərazinin təhlükəli olduğunu bildikləri halda oraya uçuşlar həyata keçiriblər. Hələ utanmaz-utanmaz təhlükəli sayıla biləcək əraziyə bu gün daha bir təyyarə göndəriblər. Bunlar xəstədirlər, dəlidirlər, bunlar harada yaşayırlar, xəbərləri yoxdurmu?! AZAL görmür ki, region müharibə zonasıdır və oraya sərnişin təyyarəsi göndərmək olmaz?! Mənə elə gəlir ki, bu iş ciddi araşdırılacaq və AZAL rəhbərliyi də təhlükəli əraziyə uçuşlar həyata keçirdiyinə görə məsuliyyət daşıyır və cinayətkarlar cəzalandırılacaq. Son olaraq onu bildirə bilərəm ki, bütün bu işlərin başında Rusiya dayanır. Ümid edirəm üzr istəyəcəklər. Bu məsələdə Rusiyanın adamı Kadırov da məsuliyyətə cəlb edilməli və cavab verməlidir”.

Nurlan Cəfəri

www.yenicag.az

310
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv