!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Hərbi hissələrdə Gənclər Günü ilə bağlı birgə tədbirlər keçirildi

!Reklam – Yazi

Hərbi hissələrdə 2 Fevral – Gənclər Günü ilə bağlı birgə tədbirlər keçirilib.

Hərbi Prokurorluğun mətbuat xidmətindən Yenicag.az-a bildirilib ki, tədbirlərdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz və unudulmaz xatirələri yad edilib.

Baş prokuror Kamran Əliyevin və Hərbi prokuror Xanlar Vəliyevin təbrikləri, eləcə də tövsiyələri şəxsi heyətə çatdırılıb.

Sonra çıxışçılar Ümummilli Liderin təməlini qoyduğu və hazırda uğurla davam etdirilən dövlət gənclər siyasətindən, Prezident İlham Əliyevin gənclərimizə verdiyi dəyərdən, Birinci vitse-prezident Mehriban xanımın göstərdiyi dəstəkdən danışıblar.

Daha sonra hərbçilər qarşısında hüquqi maarifləndirici mühazirələr oxunub, onların qayğı və problemləri ilə maraqlanılıb.

www.yenicag.az

67
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv