!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Hərbi qulluqçunu maşın vurdu – Bakıda

!Reklam – Yazi

Bu gün səhər saatlarında Bakı şəhəri Səbail rayonu ərazisində Su İdman Sarayının yaxınlığında Müdafiə Nazirliyinin əməkdaşı, 23 yaşlı müddətdən artıq xidmət edən hərbi qulluqçu Hüseynov Seymur Maşallah oğlu yolu keçmək istəyərkən qarşıdan gələn avtomobil onu vurub.

Yenicag.az xəbər verir ki, bu barədə SalamNews-a Səbail Rayon Polis İdarəsindən məlumat verilib.

Bildirilib ki, hadisə yerinə təcili tibbi yardım maşını gəlib. Yaralı hərbçi Mərkəzi Hərbi Hospitala aparılıb. İlkin müayinə zamanı S.Hüseynova kəllə-beyin travması və bədənin müxtəlif yerlərində əzilmə diaqnozu qoyulub.

Faktla bağlı Səbail Rayon Polis İdarəsində araşdırma aparılır.

Yenicag.az

www.yenicag.az

548
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv