!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Hərbi texnika, sərhədlərin qorunması, pul, ucuz qaz əvəzi İTAƏT TƏLƏBİ - "Bu, Paşinyanın Putinin ayağına gətirilməsidir" / ŞƏRH

!Reklam – Yazi

“Paşinyanın ikinci dəfə baş nazir seçildikdən sonra ilk Mokvaya səfəri Putinin ayağına gətirilməsi deməkdir”.

Bu fikri Yenicag.az-a açıqlamasında Paşinyanın Rusiya səfəri və səfərin pərdəarxasını şərh edən politoloq Elxan Şahinoğlu səsləndirib.

Elxan Şahinoğlu bildirib ki, Putinin xarakterini nəzərə aldıqda, Paşinyandan hökumətin formalaşmasında istəklərinin nəzərə alınmasını diqtə etmək mümkündür:

“Yaxın tarix də bundan xəbər verir. Gürcüstanın keçmiş prezidenti Mixayıl Saakaşvili qərbpərəst sisyasətçi idi, o deyirdi ki, Putin ona zəng edib hökuməti formalaşdırdıqda, iki güc nazirini onların təyin edəcəyini bildirib. Söhbət hələ qərbpərəst Gürcüstandan gedir. Ermənistan isə Rusiyadan tamamilə asılı bir dövlətdir. İndi Paşinyan ilk səfərini ona görə Rusiyaya etdi ki, nə Fransa, nə ABŞ gəlib Ermənistana yardım edən deyil,  bölgəyə təsir imkanları azdır. Nə etsə, Rusiya edəcək. Hərbi texnika, hərbi bazaların genişlənməsi, sərhədlərin qorunması, pul, ucuz qaz… Bunların hamısını Ermənistan üçün Rusiya edəcək. Təbii ki, bunların heç biri havayı edilmir. Putin Paşinyandan daha çox itaət tələb edə bilər. Ermənistanın istəklərini də ancaq Rusiya qarşılaya bilər.

Görünür ki, Rusiyanın şərtləri var. Şərtlərdən başlıcası hökumətin formalaşmasında maraqlarının təmin olunması, digəri isə keçmiş hakimiyyət mənsublarına qarşı məhkəmə çəkişmələrinə ara verilməsidir. Böyük ehtimalla, 10 noyabr və 11 yanvar bəyanatları ilə bağlı da fikir mübadiləsi aparılıb. Paşinyanın Putindən ən böyük ricası, xahişi, yalvarışı o olub ki, gəlin Ermənistanı qoruyun. Putin Ermənistanı əlində saxlamaq istəyir. Azərbaycan və Türkiyəni tərəfdaş adlandırır, münasibətləri korlamaq istəmirlər. Ola bilsin, Rusiya Zəngəzurda hərbi bazalarını genişləndirsin.

İnanmıram ki, indiki vəziyyətdə Rusiya mübahisəli ərazilərdə sərhədçilərini yerləşdirsin. Buna tələsməyəcək. Çünki Azərbaycanla Ermənistan arasında sərhəddə mübahisələr davam edir.

Kremlin sözcüsü Peskov görüşdən bir saat əvvəl bildirdi ki, bu gün heç bir sənəd imzalamanmayacaq. Bu o deməkdir ki, Paşinyanı ayaqlarına gətirtdilər. Paşinyanın ola bilsin yaxın zamanda Fransaya da səfəri olacaq. Ermənistana isə ancaq Rusiya real kömək edə biləcək”.

Səxavət Məmməd

www.yenicag.az

604
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv