Hərbi təyyarə təlim zamanı qəzaya uğradı – İki pilot yanaraq öldü

media-hightechnic-468x90

Bolqarıstanda keçiriləcək hərbi hava şousundan əvvəl faciəvi qəza baş verib. “L-39ZA Albatros” tipli döyüş təyyarəsi akrobatika nümayişi zamanı idarəetmədən çıxaraq yerə çırpılıb və güclü partlayışla yanıb.

Yenicag.az xəbər verir ki, qəza nəticəsində ölkənin ən təcrübəli pilotlarından olan mayor Petko Dimitrov və gənc pilot baş leytenant Ventsislav Dunkin həyatını itirib.

Məlumata görə, təyyarə anidən idarəetmədən çıxıb, pilotun təyyarəni xilas etmək cəhdi uğursuz olub.

Bolqarıstan Hərbi Hava Qüvvələrinin komandanı general-mayor Dimitar Petrov qəzadan sonra verdiyi açıqlamada pilotların müstəsna təcrübəyə malik nümunəvi pilotlar olduğunu deyib. Petrov həmçinin 15 sentyabrı silahlı qüvvələrdə matəm günü elan edib.

Bolqarıstanın müdafiə naziri Atanas Zapryanov planlaşdırılan hava şousunu ləğv etdiyini və qəzanın səbəblərini araşdırmaq üçün hərtərəfli araşdırmaya başlanıldığını açıqlayıb.

Nəsimi Ələsgərli

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600