!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Hesablama Palatasından Slavyan Universitetinə qarşı şok ittiham - “İki ildir işlənməyən maşın üçün...”

!Reklam – Yazi

Bakı Slavyan Universitetinin balansındakı buraxılış ili 1997-ci il olan QAZ-3110 markalı avtomobil 2015-ci ildən istifadəyə yararsız olduğu və faktiki sürülmədiyi halda, 2016-cı ilin yanvar-iyun aylarında ona ümumilikdə 1280,0 manat yanacaq xərci silinib.

Yenicag.az-ın məlumatına görə, bu, Hesablama Palatasının Bakı Slavyan Universitetində apardığı audit yoxlaması zamanı üzə çıxıb.

Bakı Slavyan Universiteti üzrə daxilolmaların, xərclərin proqnozlaşdırılması və icrasının qanunvericiliyə uyğunluğunun auditi 1 yanvar 2016-cı il tarixindən 1 iyul 2018-ci il tarixinədək olan dövrü əhatə etməklə, 2018-ci ilin 19 sentyabr tarixindən 19 oktyabr tarixinədək aparılıb.

Sənəddə qeyd edilib ki, 2016-cı ilin iyun ayında bu avtomobilə quraşdırılmasına dair universitetin 2 təsərrüfat işçisi və sürücü tərəfindən imzalanmış akt əsasında 1150 manat dəyərində ehtiyat hissələri də silinib. Audit yoxlaması nəticəsində 1 halda mətbəə mallarının alınması məqsədilə “Dövlət satınalmaları haqqında” qanunun tələblərinə əməl edilməyərək, universitetin tədris işləri üzrə prorektoru tərəfindən təsis edilmiş tərcümə mərkəzinin kotirovka sorğusunda qalib elan edildiyi də üzə çıxarılıb./ONA/

www.yenicag.az

3908
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv