Həsən Rühani: “Ölkələrimiz arasındakı dostluq münasibətləri, …”

media-hightechnic-468x90

hasan_ruhaniİran İslam Respublikasının Prezidenti Həsən Ruhani Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir: “Ölkənizin milli bayramı – Respublika Günü münasibətilə Zati-alinizi, dost və qardaş Azərbaycan Respublikasının xalqını və dövlətini səmimi qəlbdən təbrik edirəm.

Əmin olduğumu bildirirəm ki, İran İslam Respublikası ilə Azərbaycan Respublikası rəsmilərinin birgə artan səyləri nəticəsində ölkələrimiz arasındakı gözəl dostluq münasibətləri xalqlarımızın qarşılıqlı mənafeyi istiqamətində ikitərəfli, regional və beynəlxalq səviyyələrdə bundan sonra daha da genişlənəcəkdir.

Allah-Təaladan Sizə möhkəm cansağlığı, Azərbaycan Respublikasının xalqına isə rifah, səadət və başucalılığı arzu edirəm”.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600