Həyat yoldaşını amansızlıqla öldürdü
Masallı rayonunda qətl hadisəsi baş verib.
Hadisə ötən gecə rayonun Bala Kolatan kəndində qeydə alınıb.
Kənd sakini 1988-ci il təvəllüdlü Namiq Məmmədov yaşadığı evdə həyat yoldaşı 1990-cı il təvəllüdlü Sevanə Əliyevanı boğaz nahiyəsini bıçaqla kəsərək qətlə yetirib.
N. Məmmədov rayonun hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.
Faktla bağlı Masallı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işi açılıb. Araşdırmalar davam etdirilir.
Qeyd edək ki, cütlük altı ay öncə ailə həyatı qurub.
(apa.az)