Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

“Həyata keçirilən həbslər ölkədə qanunların aliliyinin təmin olunmasının göstəricisidir” – Musa Ağayev

“Ölkədə korrupsiya və rüşvət hallarına son qoyulması əsas məqsədlərdən biridir”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında ölkədə rüşvət və korrupsiyaya qarşı aparılan mübarizənin genişləndirilməsinə münasibət bildirən Yeni Zaman Partiyasının (YZP) sədri Musa Ağayev deyib.

Prezident İlham Əliyev tərəfindən 2018-ci ildə başlanılmış və dövlət idarəçiliyinin bütün istiqamətlərini əhatə edən hüquqi, institusional və kadr islahatları 2019-cu ilin sonlarına doğru daha geniş vüsət almış və 2020-ci ildə də intensiv şəkildə davam etdirilməkdədir.

Aparılan islahatların əsas xətlərindən birini korrupsiya ilə mübarizənin daha da sərtləşdirilməsi və vətəndaş-məmur münasibətlərinin daha sağlam prinsiplər üzərində qurulması təşkil edir. Bu sahədə əldə edilmiş uğurlar –dövlət qulluqçularının şəffaf fəaliyyəti və vətəndaş məmnunluğunun artırılması ilə yanaşı, geniş əhali qruplarını narazı salmağa yönəlmiş neqativ halların hələ də təkrarlanması faktları da müşahidə edilib.
Bu cür əməllərə son qoyulması tələbi ilə ən yüksək səviyyədə edilmiş açıq çağırışlara və xəbərdarlıqlara məhəl qoymayan, ifşa olunmuş həmkarlarının aqibətindən nəticə çıxarmayan vəzifəli şəxslər barəsində qanunvericiliyə uyğun cinayət-hüquqi tədbirlərin görülməsi zəruri olub.

Kadr islahatları nəticəsində işi təkmilləşdirilməklə peşəkarlıq səviyyəsi daha da yüksəldilmiş Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindənYevlax şəhəri və Ağstafa, Biləsuvar, İmişli və Neftçala rayonlarının icra hakimiyyəti başçıları, habelə bir sıra şəhər-qəsəbə icra nümayəndələrinin cinayət məsuliyyətinə cəlb olunaraq, həbs edilməsi təmin olunub.
DTX-nın bu il mayın 8-də Mədəniyyət Nazirliyində həyata keçirilən xüsusi əməliyyat ölkə başçısının sözügedən bəyanatının özünü çox gözlətməyən nəticəsi kimi qiymətləndirilməlidir. Belə ki, adıçəkilən Nazirliyin yüksək vəzifəli şəxsləri, o cümlədən, nazir müavini Rafiq Bayramov və Nazirlik yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanov öz səlahiyyətlərindən qəsdən qulluq mənafeyinə zidd olaraq istifadə edib cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran çoxsaylı qanunazidd əməllərə yol verməkdə təqsirləndirilərək, barələrində həbs qətimkan tədbiri seçilib.

Bu gedişatı Yenicag.az-a dəyərləndirən Yeni Zaman Partiyasının (YZP) sədri Musa Ağayevin sözlərinə görə, rüşvət və korrupsiyaya qurşanan məmurların cəzalandırılmasına yönəlik addımlar təqdir olunmalıdır:

“Əslində, islahatlar aparılmadan, ölkənin müstəqilliyini və suverenliyini möhkəmləndirmək mümkün deyil. Bu baxımdan, aparılan islahatların bütün sahələri əhatə etməsi müsbət haldır.

Bu çərçivədə həyata keçirilən kadr islahatları idarəetmə sistemində müəyyən dəyişikliklərə yol açdığına görə prosesin davam etdirilməsi vacibdir. Çünki idarəetmədəki çatışmazlıqlar cəmiyyətdə müəyyən narazılığa səbəb olur.

Ona görə də, rüşvətxor məmurlara qarşı aparılan mübarizə təqdir olunmalıdır. Son günlər bəzi rayonların icra başçılarının, o cümlədən, Mədəniyyət Nazirliyində yüksək vəzifə tutan məmurların saxlanılması ölkədə qanunun aliliyinin təmin olunmasının göstəricisidir”.

Gülşən Şərif

Loading...

www.yenicag.az

460