!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Həyatın arzu tərəfi

!Reklam – Yazi

“Bir də dəniz tərəfdə, qərb istiqamətində, haradasa uzaqlarda, limanın üstündə, babamla mən birlikdə baxanda asiman çox qırmızı olardı. Həmin al rəng gah tündləşər, gah da solardı. Eynilə sivilizasiyanın anlaşılmaz və uzaq təntənəsi kimi. Biz ona baxar və arzulara qapılardıq. Mən gələcək haqqında düşünərdim, o isə keçmiş barədə…” – Giorgi Kekelidze “Quriya gündəlikləri”

Bir gün üz tutub dənizə Günəşin batışını izləyərkən onun dəniz üzərinə düşən işıqlarında öz arzularını görəcəksən və “Onda biləcəksən…”.

İnsanı ayaqüstə tutan, onu yıxılmağa qoymayan arzuları, xəyallarıdır. Amma bəzən o arzulara o qədər qapılır ki insan, gerçək dünyadan təcrid olur və bəlkə də arzularında düşündüyündən daha gözəl şeyləri əlindən qaçırdır. Bir gün isə geriyə çevrilib baxanda qəlbinin ən uca yerində bir sızıltı, təsviri mümkünsüz çarəsizlik hissi onu yerdən-yerə vurur, peşmanlığın zirvəsini yaşadır.

Ömər Xəyyam “Bu an xoşbəxt ol, çünki bu an sənin həyatındır” deyib. Yaşamadığı anlardır insanı geriyə çevrilib baxanda peşman edən şey. Peşmanlıq isə elə bir şeydir ki, bütün ömür boyu səninlə yol yoldaşı olur, səndən ayrılmır. Ruhunda hiss edirsən onun ağrısını. Ağrıyır, ağrıyır, ağrıyır… amma əlindən heç nə gəlmir.

Kekelidzenin kitabından yuxarıda gətirdiyim sitatda babanın keçmiş barədə arzulara qapılması, nəvənin isə gələcək haqqında planlar qurması eyni nöqtədən keçmiş və gələcəyə aparan xətlərdir.

Keçmiş və keçmişə aid arzular… Heç sızladımı ürəyiniz bu cümləni oxuyarkən? Keçirdinizmi xəyalınızdan keçmişinizi məhv edən indiyə dair arzularınızı, yaşama şansı olub yaşaya bilmədiklərinizi, əlinizdən qaçırtdıqlarınızı? Düşündünüzmü?..

Düşünün…

Deyirlər ha ki “Həyat çox qısadır”. İnanmayın. Həyat qısa falan deyil. Sadəcə bizlər yaşamağı bilmirik. Bacarmırıq.

Hamlet İsaxanlı demişkən:

…Biz iki sevdanın arasındayıq.
Bir də…bir nisgil var ürəyimizdə,
Bilmirik ki, ömrün harasındayıq…

Aqil Bəkir

www.yenicag.az

1897
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv