Heydər Əliyevin irsinin öyrənilməsi ilə bağlı dərslərə yekun vuruldu

media-hightechnic-468x90

üssdQaradağ rayonu, Lökbatan qəsəbəsi Heydər Əliyev Mərkəzində Heydər Əliyevin irsinin öyrənilməsi və təbliği məqsədilə keçirilən dərslərin yekunu ilə əlaqədar tədbir keçirilib. 

İH-dən  daxil olan xəbədə bildirilir ki, tədbirdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Təranə İsmayılova, rayonun ümumtəhsil ocaqlarının müəllim və şagird heyəti iştirak edib. Təranə İsmayılova keçirilən açıq dərslərin əhəmiyyətindən danışaraq Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısında göstərdiyi misilsiz xidmətlərdən söz açıb.

Daha sonra çıxış edən natiqlər H. Əliyevin zəngin həyat və fəaliyyətinə bir daha nəzər salaraq onun Azərbaycana rəhbərlik dövrü xalqımızın tarixi yaddaşına Heydər Əliyev epoxası kimi daxil olduğunu qeyd ediblər: “ Heydər Əliyev bütün ömrünü vətənpərvərlik hissi ilə yaşamışdır. İqtisadiyyatın yenidən qurulması, kənd təsərrüfatının dirçəlişi, peşəkar ordunun yaradılması, uğurlu siyasi kursun həyata keçirilməsi, səhiyyə, elm, təhsil, mədəniyyət, incəsənət sahələrinin tərəqqisi, hüquqi və demokratik dövlət quruculuğu-bütün bunların hamısı ümummilli lider Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlıdır”.

Qeyd etmək lazımdır ki, Qaradağda 04 mart 2014-cü il tarixindən rayonun ümumtəhsil məktəblərinin XI sinif şagirdləri üçün dəsrlərin keçirilməsinə başlanılıb və dərslər 13 may 2014-cü il tarixində başa çatıb. Keçirilən dərslərdə ümumillikdə rayonun 12 orta məktəbindən 2675 nəfər şagird iştirak edib(qafqazinfo.az).

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600