“Həzi Aslanov”dakı yenidənqurma il sonuna kimi yekunlaşacaq

media-hightechnic-468x90

“Həzi Aslanov” stansiyasının dalanında yenidənqurma işlərinin daha bir mərhələsi yekunlaşıb.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, bu barədə stansiyanın dalanında aparılan əsaslı təmir və yenidənqurma işləri ilə yerində tanışlıq məqsədilə təşkil olunan mediatur zamanı məlumat verilib.

Bildirilib ki, 280 metrə yaxın sahədə əsaslı təmir işləri 3 hissədən ibarət olaraq təşkil edilib və 210 metrə yaxın hissədə təmir yekunlaşdırılıb.

Qeyd edilənlərlə yanaşı, infrastrukturun qurulmasına da başlanılıb. Hazırda paralel olaraq drenaj xətləri çəkilir. Yol infrastrukturu və divarlar boyunca kommunikasiya xətlərinin quraşdırılmasına aprel ayından başlanılacaq. İşlərin cari ilin sonuna qədər yekunlaşdırılması planlaşdırılır. /“Qafqazinfo”/

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05