Bakının bəzi küçələrində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Sabah Bakının Abbasqulu ağa Bakıxanov küçəsinin Rəşid Behbudov küçəsi ilə kəsişməsindən Azadlıq prospektinədək olan hissəsində təmir işlərinə başlanılacaq.
Bu barədə Yenicag.az-a Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib.
Bildirilib ki, aparılan işlərlə əlaqədar qeyd olunan ərazidə nəqliyyat vasitələrinin hərəkəti görülən işlərin gedişindən asılı olaraq qismən və ya tam məhdudlaşdırılacaq.
Qeyd olunub ki, məhdudiyyət təmir işləri başa çatanadək qüvvədə qalacaq.













