!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Hibrid avtomobillərin satışı ilə bağlı DƏYİŞİKLİK: "Bu, sürücülərin marağında deyildi"

!Reklam – Yazi

“Ümid edirəm ki, Gömrük Komitəsi gələcəkdə avtomobil bazarına münasib qiymətlər təşkil edəcək”.

Bunu gələn il yanvarın 1-dən etibarən Azərbaycanda elektrik mühərriki ilə işləyən avtomobillərin satışının ƏDV-dən azad edilməsi ilə bağlı dəyişikliyə toxunan nəqliyyat eksperti Aslan Əsədov Yenicag.az-a açıqlamasında deyib.

Ekspertə görə, nəzərdə tutulan dəyişiklik avtomobil parkının yenilənməsinə müsbət təsir edəcək:

“İndiyə kimi elektrik mühərriki ilə işləyən avtomobillərin idxalı ƏDV-dən azad idi. Bu gün ölkədəki avtomobillərin təxminən 70-80 faizinin yaşı 10 ildən yuxarıdır. Bu, çox böyük göstəricidir və ölkədə cavan avtomobil sinfinin az olmasından xəbər verir. Ona görə də hibrid avtomobilləri ilə bağlı məlum qərar qəbul olunub. Digər məqam odur ki, indiyə kimi ölkəyə gətirilən avtomobillərin 1, 2, 3 və 4 olmaqla, fərqli yaş tipləri mövcud idi. Bu tendensiya sürücülərin marağında deyildi. Çünki avtomobilin həddindən artıq baha olmasına baxmayaraq, ƏDV-nin tətbiqi sürücülərə sərf etmirdi.

Ümumilikdə avtomobil parkının yenilənməsinə ehtiyac var. Bu gün ölkəyə gətirilən avtomobillərin əksəriyyəti ikinci əl bazarına məxsusdur. Bununla yanaşı, sıradan çıxmış və qeydiyyatdan silinmiş avtomobillərin sayı kifayət qədərdir. Həmin avtomobillərə müəyyən dərəcədə əl gəzdirildikdən sonra yenidən yüksək qiymətə satışa çıxarılır. Bu amillər gələcəkdə nəzərə alınmalıdır. Ümid edirəm ki, Gömrük Komitəsi avtomobil bazarına münasib qiymətlər təşkil etməklə bu işin öhdəsindən gələcək. Çünki köhnə avtomobillərin yaratdığı problemlər daha böyükdür”.

Gülşən Şərif

www.yenicag.az

884
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv