Reklam: High Technic
hightechnic

“Hicablılar dənizə getməsin” – İlahiyyatçılar danışır

??????????????????????????????????????????????????????????

Qızmar yay günlərində üz tutduğumuz məkanlardan biri də çimərliklərdir. Sərinləmək üçün ən münasib məkan sözsüz ki, dəniz sahildir. Göy Xəzərin bu nemətindən faydalanmaq hər birimizin təbii haqqıdır. Son günlər sosial mediada “hicablı qadınlar çimərliyə gedə bilərmi?” “baş örtüsü olan qadının dənizdə çimməsi” nə dərəcədə doğrudur” kimi müzakirələr aparılır.

Yenicag.az olaraq mövzu ilə bağlı ilahiyyatçılara müraciət etdik. İlahiyyatçı alim Qadir Səfərovun fikirncə, nəyinki hicablı ümumiyyətlə müsəlman qadının çimərliyə getməsi İslam baxımdan doğru deyildir.

“Çünki islam məhrəmiyyəti ciddi şəkildə qorumaqdadır. Əgər çimərlik yeri mədəni bir ortamdadırsa, bir qadın suya girməmək şərtilə ailəsilə birlikdə bir sahil istirahətinə icazə verilə bilər”.

Digər ilahiyyatçı Tahir Abbaslı isə qeyd edir ki, hicablı qadınların ancaq naməhrəmlərin olmadığı yerdə çimə bilər. O bildirir ki, belə qadınlar sübh tezdən yaxud gün batandan sonra gedir.

Adil Hüseynoğlu da mövzu ilə bağlı bunları dedi:
“Şəri baxımdan çimərlik fəsad yeri hesab olunursa oraya gedilməsi düzgün deyildir. Ailəvi çimərlik yerləri olduqda ki orada fəsad ehtimalı yoxdur geyimlər (kişilərin geyimi) dizə qədər olan yerlərdə problem deyildir”.

Kamran Ədalətoğlu

Yenicag.az

www.yenicag.az

212