!Reklam
!Reklam – Sol
!Reklam – Sag
!Reklam – Arxiv

“Hökumət partiyaların qarşısında bu tələbləri qoyursa, o zaman onlara maliyyə yardımı ayırsın” – Partiya sədri

!Reklam – Yazi

“Hər hansı qanun layihəsi Konstitusiyanın tələblərini pozursa, onun qəbul edilməsi yolverilməzdir”.

Bu fikirləri “Siyasi partiyalar haqqında” yeni qanun layihəsini dəyərləndirən Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu Yenicag.az-a açıqlamasında deyib.

ADP sədrinin fikrincə, əsas məsələ qanunun necəliyi yox, onun nə dərəcədə işlək olmasıdır:

“Yeni qanun layihəsi ilə hələ tanış deyiləm, yəqin ki, yaxın günlərdə baxacağam. Bu öz yerində. Ümumiyyətlə, əsas məsələ qanunun necəliyi yox, onun nə dərəcədə işlək olmasıdır. İşləməyən qanunun heç bir mənası yoxdur.

Digər tərəfdən, hüquqda iki anlayış var: pozitiv və neqativ hüquq. Hökumət vətəndaşların üzərinə hansı öhdəlikləri qoyursa, onların yerinə yetirilməsi ilə bağlı özü də üzərinə müəyyən öhdəliklər götürməlidir.

Yəni hökumət siyasi təşkilatlar üçün belə tələblər müəyyənləşdirmək istəyirsə, o zaman partiyalara maliyyə yardımı göstərsin. Başqa bir vacib məqam budur ki, Konstitusiyada nəzərdə tutulmuş hüquqların hər hansı ad altında məhdudlaşdırılması qadağandır. Bu da o deməkdir ki, hər hansı qanun layihəsi Konstitusiyanın tələblərini pozursa, onun qəbul edilməsi yolverilməzdir.

İndiki qanunda guya partiyalar üçün sürpriz sayılan məqamlar yoxdur? Bir deyimi xatırladım ki, işləyən pis qanun işləməyən yaxşı qanundan daha yaxşıdır. Azərbaycanda problem qanunların naqisliyində yox, işləməməyindədir”.

A.Zeynalov

www.yenicag.az

429
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv