Honq Konqda yeni iğtişaşlar

media-hightechnic-468x90

73411Çinin Honq Konq yarımmuxtar regionunda etirazçı tələbələrlə polislər arasında bu səhər də toqquşmalar baş verib. Məlumatına görə, iğtişaşlar Honq Konqun mərkəzi Monq Kok rayonunda qeydə alınıb. Həmin rayonda artıq 2-ci gündür qarşıdurmalar davam edir. Bəzi etirazçılar polisin qurduğu barrikadaları dağıtmağa cəhd edib. Bu isə polisin əraziyə əlavə qüvvələr cəlb etməsinə səbəb olub.

Siyasi analitiklər Honq Konq etirazçılarının «partizan döyüş taktikası» adlanan taktikadan istifadə etdiklərini hesab edirlər. Onların sözlərinə görə, səhər saatlarında etirazçılar tutduqları rayondan uzaqlaşdırılsalar da, axşam saatlarında artıq yeni əraziləri tuturlar.

Honq Konq hökuməti ilə etirazçı tələbələrin liderləri arasında danışıqların isə gələn həftənin çərşənbə axşamı keçiriləcəyi gözlənilir.

Honq Konq başçısının Pekin tərəfindən deyil, yerli əhali tərəfindən seçilməsi tələbi ilə aksiyalar sentyabrın 26-dan bəri davam edir.(anspress.com)

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600