!Reklam
!Reklam – Sol
!Reklam – Sag
!Reklam – Arxiv

Humaydan erkən nikahlara SƏRT ETİRAZ: “Qızınıza təhsil verin ki, sabah…”

!Reklam – Yazi

Azərbaycanda 2021-ci ildə 425 nəfər məktəbli qızın ana olması ilə bağlı açıqlanan statistika cəmiyyətdə birmənalı qarşılanmayıb. Azyaşlı qızların ana olması faktı ictimaiyyətdə kəskin pislənib. Bu sırada sənət adamları da var.

Yenicag.az-a açıqlama verən tanınmış tarzən Humay Qədimova qızlarını erkən ərə verən valideynlərə səslənib:

“Erkən yaşda qızların ailə qurub ana olmasına həddən artıq pis baxıram. Bəzən 14-15 yaşında ana olan qızlarımız var. Hətta bu yaxınlarda 13 yaşlı qızcığazın ana olması ilə bağlı xəbərlər yayıldı. Belə hallar cəmiyyətdə də mənfi reaksiya doğurur. Tələbələrimə də dönə-dönə tapşırıram ki, mütləq şəkildə təhsil alın, sonra ailə qurun. Bəzən elə bir dönəmə gəlib çatırıq ki, oğlandan da daha çox qıza təhsil vermək vacib olur. Çünki qızlar sabahın anasıdır və onlar övlad yetişdirir. Övladın da yetişməsində bilavasitə ananın rolu böyükdür. Tərbiyəsində, istər gələcəyə layiqli vətəndaş olmasında, təhsil almasında ananın rolu danılmazdır. Əgər ailədə bir nəfər işləyirsə, maddi sıxıntılar daha çox olur. İki nəfər təhsillidirsə, işləyirsə, hər hansı bir problemin aradan qalxması daha asan olur. Qız yükü, duz yükü. Qızın taleyi hər zaman insanda narahatlıq hissi yaradır. Valideyn qızına təhsil versin ki, sonradan ailəsində hər hansı bir problem yaşayanda öz təhsilləri üzrə işləyə bilsinlər. Heç kimə möhtac olmadan ailəsinin, övladlarının qayğısını çəkə bilsinlər”.

Sənətçi qızlarla bərabər, oğlanların da erkən ailə qurmasına qarşı çıxıb:

“Bəzən bölgələrimizdə oğlanları da erkən yaşda evləndirirlər. Oğlan təhsil almalı, hətta təhsil alandan sonra işləyib özünü həyatda doğrultmalıdır. Çünki təhsil almadan və işləmədən ailə qururlar ki, bununla da yük altına girirlər və çətinliklərlə qarşılaşırlar”.

Cəvahir

www.yenicag.az

715
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv