!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Hüseyin Büyükfırat Bakıda keçirilən beynəlxalq tədbirdə iştirak etdi - FOTO

!Reklam – Yazi

” Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri” İctimai Birliyinin İdarə Heyətinin sədri Hüseyin Büyükfırat bu gün Bakıda keçirilən “Türk İnvestisiya Fondu və TCCI: Biznes Liderləri üçün Məlumatlandırma Görüşü və B2B” tədbirində iştirak edib.

Türk Ticarət və Sənaye Palataları Birliyinin təşəbbüsü və Azərbaycan Sahibkarlar Konfederasiyasının təşkilatçılığı ilə baş tutan tədbirdə Türk İnvestisiya Fondunun maliyyə resurslarından istifadə qaydaları, layihə seçim meyarları və maliyyələşdirmə mexanizmləri barədə ilk dəfə rəsmi açıqlamalar verilib.

Eyni zamanda, Türk Dövlətləri Təşkilatına üzv ölkələrdəki biznes və investisiya imkanlarına dair geniş təqdimatlar keçirilib.

Tədbirin açılış mərasimində Azərbaycan İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev, Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömürəliyev, TCCI-nin fəxri prezidenti və TOBB prezidenti Rıfat Hisarcıklıoğlu, Türk İnvestisiya Fondunun prezidenti Bağdad Əmrəyev, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov, İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin İcraçı direktoru Yusif Abdullayev və digər yüksək səviyyəli qonaqlar çıxış edərək türk dünyasında iqtisadi əlaqələrin gücləndirilməsi və qarşılıqlı ticarət dövriyyəsinin artırılması istiqamətində fikirlərini bölüşüblər.

Tədbir çərçivəsində Türk İnvestisiya Fondu ilə TCCI arasında əməkdaşlıq memorandumunun imzalanması tərəflər arasında gələcək birgə layihələr və biznes təşəbbüslərinin inkişafı üçün vacib bir addım olub.

Bundan əlavə, tədbir Türk İnvestisiya Fondunun missiyası, Ələt Azad İqtisadi Zonasının, Qarabağın və Türk Dövlətləri Təşkilatına üzv ölkələrin investisiya və biznes imkanları barədə təqdimatlar ilə davam edib. Tədbir işini B2B görüşləri və biznes şəbəkələşmə imkanları ilə başa çatdırıb.

www.yenicag.az

208
!Crossmedia
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv