Hüsnü Mübarək yenidən mühakimə olunacaq

media-hightechnic-468x90

img1828704Misirdə apelyasiya məhkəməsi aksiya iştirakçılarını öldürməkdə ittiham olunan sabiq prezident Hüsnü Mübarək haqda verilən bəraət qərarını ləğv edib.

Yenicag.az avropa.info-ya istinadən xəbər verir ki, apelyasiya məhkəməsi sabiq prezidentin mühakimə olunduğu iddiada verilən bəraət qərarına qarşı prokurorluğun etirazını qəbul edib.

Şübhəlilərin yenidən mühakimə olunmasına haqda qərar qəbul edən məhkəmə ilk məhkəmə prosesini noyabr ayının beşi tarixinə müəyyənləşdirib.

Sabiq prezident Mübarək, oğulları Əla və Camal, sabiq daxili işlər naziri Həbib əl-Adili və 6 köməkçisi ilə iş adamı Hüseyn Salam 25 yanvar 2011-ci il tarixində Misir inqilabı əsnasında baş vermiş hadisələr zamanı aksiya iştirakçılarını öldürməkdə və dövlət əmlakına qəsdən zərər verməkdə ittiham olunurlar.

Xatırladaq ki, məhkəmə 29 noyabr 2014-cü ildə keçirilən məhkəmə iclası zamanı müttəhimlərin bəraətinə qərar vermişdi.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600