Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Koronavirus
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

“Hyundai Azərbaycan” 632 minlik malı ölkəyə keçirmək üçün rüşvət verib

Bakı Baş Gömrük İdarəsinin rüşvət almaqda ittiham olunan vəzifəli şəxslərinin cinayət işi ilə bağlı maraqlı məqamlar üzə çıxıb.

“Kriminalqafqaz”ın əldə etdiyi məlumata görə, iş üzrə təqsirləndirilən gömrük inspektorları Azər Baxşıyev və Elmar Mirzəyev “Auto Azərbaycan” MMC-nin adına xaricdən göndərilən avtomobil ehtiyat hissələrinin gömrük nəzarətindən daha sürətli buraxılmasına görə şirkətdən rüşvət alıblar.

İttihama görə, həmin şəxslər müxtəlif vaxtlarda 6 dəfə olmaqla “Auto Azərbaycan” MMC-nin adına göndərilmiş, ümumi dəyəri 632 972 manat olan avtomobil ehtiyat hissələrinin gömrük nəzarətindən buraxılmasına şərait yaradıblar. Gömrük inspektorları bunun üçün “Auto Azərbaycan”nın gömrük və maliyyə işləri üzrə mütəxəssisi Kamil İsmayılovdan ümumilikdə 300 manat rüşvət alıblar.

Xatırladaq ki, Dövlət Gömrük Komitənin Əməliyyat-İstintaq Baş İdarəsi tərəfindən Bakı Baş Gömrük İdarəsindəki rüşvət halları nəzarətə götürülüb. Müvafiq prosedurlar aparıldıqdan sonra araşdırmanın qanunvericiliyə uyğun şəkildə həyata keçirilməsi məqsədilə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə müraciət edilərək birgə əməliyyat həyata keçirilib.

Qeyd edək ki, “NAB Holding”ə daxil olan “Auto Azərbaycan” MMC Hyundai avtomobillərinin Azərbaycanda rəsmi distribyutorudur. “Hyundai Azərbaycan” brendinin sahibi “Auto Azərbaycan” MMC-nin İdarə heyətinin sədri Emil İsmayılovdur. “Hyundai Azərbaycan”ın nizamnamə kapitalı 41,7 milyon dollardır. “NAB Holding”ə “Bakuelectronics” və “Bank of Baku” da daxildir.

www.yenicag.az

147
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100