I Xəzər İqtisadi Forumu keçiriləcək

media-hightechnic-468x90

Birinci Xəzər İqtisadi Forumu Xəzəryanı ölkələr arasında əməkdaşlığa güclü təkan verəcək.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, bu barədə Rusiyanın Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova brifinqdə bildirib.

“Avqustun 12-də Türkmənistanda keçiriləcək I Xəzər İqtisadi Forumu Xəzərdə iqtisadi-ticari, sərmayə əməkdaşlığına güclü təkan vermək məqsədi daşıyır”, – deyən Rusiya rəsmisi forumdan əvvəl Xəzəryanı ölkələrin iqtisadiyyat və nəqliyyat nazirləri səviyyəsində görüşlərin keçiriləcəyini qeyd edib.

“Xəzəryanı ölkələrin prezidentlərinin ötən il verdikləri qərara uyğun olaraq, XİN-lərin himayəsində yaradılan Xəzər dənizi məsələlərinə dair yüksək səviyyəli dövlətlərarası işçi qrupu da gərgin fəaliyyətə başlayıb. Xəzərdə düz istinad xətlərin çəkilməsi üsuluna dair sazışlə bağlı beştərəfli danışıqlara başlanılıb, axtarış-xilasetmə fəaliyyətləri, dəniz nəqliyyatı, elmi tədqiqatlar, gəmiçiliyin təhlükəsizliyi, qanunsuz ov və narkotiklərin dövriyyəsilə bağlı sənədlər hazırlanır”, – Rusiya XİN-in sözçüsü diqqətə çatdırıb./Report/

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05