Qızılın qiyməti son iki həftənin minimumuna enib

media-hightechnic-468x90

Birjalarda qızılın qiyməti itkilərini artıraraq son iki həftənin ən aşağı səviyyəsinə düşüb.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, qızılın qiyməti 1 faiz dəyər itirib və hazırda Nyu-Yorkun COMEX əmtəə birjasında bir troya unsiyası 4000 dollar civarındadır.

Ekspertlərin fikrincə, ABŞ-də uçot dərəcəsinin artırılacağı ilə bağlı gözləntilərin güclənməsi fonunda dolların dəyər qazanması qızılın qiymətinə aşağı istiqamətli təzyiq göstərir. İnvestorlar isə ABŞ-İran sülh danışıqları ilə bağlı ziddiyyətli açıqlamaları qiymətləndirirlər.

ABŞ/İsrail-İran müharibəsi dövründə qızıl dəyərinin təxminən 23 faizini itirib. Qızılın qiyməti mart ayında 2008-ci ildəki qlobal maliyyə böhranından bəri ən pis aylıq göstərici nümayiş etdirib.

ABŞ-nin qabaqcıl investisiya banklarından olan “Goldman Sachs” və “Citigroup”un analitikləri isə qızılın bir troya unsiyasının qiymətinin 5000-5400 dollara yüksələcəyini proqnozlaşdırırdılar. Mərkəzi ofisi Avstraliyada yerləşən “ANZ Group Holdings” çoxmillətli bankçılıq və maliyyə xidmətləri şirkətinin analitiklərinə görə, qızılın qiyməti 2027-ci ilin ortalarına qədər 6000 dollara yüksələcək.

Qızıl ənənəvi olaraq inflyasiyaya qarşı hedcinq kimi qəbul edilsə də, yüksək faiz dərəcəsi mühitində cəlbediciliyini itirir, çünki heç bir gəlir gətirmir. Dollar indeksi bir ildən çox müddət ərzində ən yüksək səviyyəsinə yüksəlib və bu da qızılı beynəlxalq alıcılar üçün daha bahalı edir./Azərtac/

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05