Könül ilk dəfə açıqladı: “Cabbar Musayev mənə görə onlarla küsülüdür”
“Cabbar müəllim mənə görə onlarla barışmayıb”.
Yenicag.az xəbər verir ki, bu sözləri Əməkdar artist Könül Kərimova “İncəSəhər” verilişində deyib.
O, sənət dostu, bəstəkar Cabbar Musayevlə olan sadiq dostluğundan danışıb:
“Sənət cameəsində elə insanlar olub ki, inciyib-küsmüşəm, sonradan yenə həmin adamlarla barışmışam. Amma Cabbar müəllim mənə görə onlarla barışmayıb. Deyib ki, “sən barışırsan, barış, mən barışmıram”. Həmin adamlardan biri bu yaxınlarda Cabbar müəllimə yaxınlaşıb ki, “ay Cabbar müəllim, mən artıq Könüllə barışmışam, siz məni axı niyə danışdırmırsınız?”. O da cavab verib ki, “siz özünüz bilərsiniz, amma mən bilirəm ki, Könül həmin vaxt nə qədər əziyyət çəkmişdi, nə qədər əsəb itirmişdi, ona görə barışa bilmərəm”. Həmin xanım Cabbara baxıb deyib: “Ay Allah, siz nə gözəl dostsunuz, kaş mənim də belə dostum olaydı”.
Nehru













