Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

İcazəsiz balıq ovlayanlar tutuldu - REYD

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Su Hövzələrində Bioloji Resursların Artırılması və Mühafizəsi Departamenti, Su Nəqliyyatında Polis İdarəsi əməkdaşları ilə birgə Zığ qəsəbəsi istiqamətində Daş Zirə adası yaxınlığında keçirdikləri reyd zamanı icazəsiz balıq ovlayan şəxslər saxlanılıb.

Nazirliyin mətbuat xidmətindən Yenicag.az-a verilən məlumata görə, araşdırma zamanı ov edən şəxslərin Bakı şəhər sakinləri Telman Məmmədov və Aslan Quliyev olduğu müəyyən edilib, onlardan müxtəlif növ balıqlar, ov alətləri və rezin qayıq götürülüb.

Balıq ehtiyatlarına vurulan ziyan hesablanaraq brakonyerlər barəsində ümumilikdə 1463 manat məbləğində iddia qaldırılıb.

Dəyən ziyan cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış sənədlər Su Nəqliyyatında Polis İdarəsi tərəfindən araşdırılır.

www.yenicag.az

7147
SFERA
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM