Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

İcra başçısı 200 minlik maşın istəyir - FOTO

Kəlbəcər Rayon İcra Hakimiyyəti tender elan edib.

Yenicag.az xəbər verir ki, tenderdə elan olunan məhsullardan biri də “Mercedes benz s350” markalı avtomobilin alınmasıdır.

Buna səbəb kimi Rayonun İcra Hakimiyyəti başçısı aparatına xidməti maşının alınması göstərilir.

İndi bir təzad ortaya çıxır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dəfələrlə məmurlara xidməti avtomobillərin isifadəsi zamanı yerli istehsal olan “Lifan” avtomobillərini məsləhət görüb. Hələ 2016-cı ildə prezident bununla bağlı məmurlara müraciət ünvanlamışdı.

“Naxçıvanda avtomobil zavodu var. Dövlət məmurlarının bu avtomobilləri daha çox almalarını tövsiyə edirəm”-deyə ölkə başçısı deyə, qeyd etmişdi.

Hazırda Naxçıvandakı avtomobil zavodu ilə yanaşı Neftçalada da avtomobil istehsal olunur.

İndi bir sual ortaya çıxır. “Mercedes-Benz” nə vaxtdan Azərbaycan istehsalı avtomobil olub? Neftçalada yoxsa Naxçıvanda istehsal olunur? Yox deyilsə, niyə Kəlbəcər Rayon İcra hakimiyyəti yerli avtomobil deyil, məhz bu avtomobilin alınması barədə göstəriş verib?

Bundan başqa, 2018-ci ildə verilmiş başqa bir fərmanla, xidməti avtomobillərdən istifadə edən məmurların siyahısının hazırlanması və bu sayın xeyli azaldılması tapşırılıb.

Həmin qanunun iki müddəasını diqqətinizə çatdırırıq:
8.7.1. mərkəzi və yerli icra hakimiyyəti orqanlarında, dövlət adından yaradılan publik hüquqi şəxslərdə və səhmlərinin (paylarının) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə xidməti nəqliyyat vasitələri ilə təmin edilməli vəzifələrin siyahısını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla müəyyən etsin;
8.7.2. bu Fərmanın 8.7.1-ci yarımbəndinə əsasən müəyyən olunacaq siyahıdan kənarda qalan vəzifələrdə işləyən şəxslərə xidmət edən xidməti nəqliyyat vasitələrinin mərkəzi və yerli icra hakimiyyəti orqanlarının, dövlət adından yaradılan publik hüquqi şəxslərin və səhmlərinin (paylarının) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin balanslarından çıxarılaraq özəlləşdirilməsi üçün Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə təqdim edilməsini təmin etsin və nəticəsi barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

8.7.1. müddəaya baxan zaman aydın olur ki, bu məsələ birbaşa Prezidentlə məsləhətləşməli idi. Prezidentin yerli avtomobillərin istifadəsi ilə bağlı məsləhətini nəzərə alsaq, görürik ki, İcra Hakimiyyəti Prezidentlə məsləhətləşmədən öz qərarını verib.

Qeyd edək ki, sözügedən avtomobilin yeni modelinin satış qiyməti 130 min dollardan (221 min manat) başlayır. Yəqin ki, bu yazımızı oxuyan icra başçısı məşhur sualı bizə ünvanlayır:

– Qaçqın rayonun icra başçısıyam deyə, tank sürməliyəm?..

Loading...

www.yenicag.az

2986
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100