!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İcra başçısı oğluna son model “Lexus-570“ aldı - FOTO

!Reklam – Yazi

Azərbaycanda məmurların dəyəri milyonlarla ölçülən villalara, obyektlərə sahib olması barədə çox yazılıb. Korrupsiya yolu ilə özlərinə var-dövlət toplayan bu cür məmurların övladları da sadə vətəndaşlardan fərqli olaraq atalarının dövlət büdcəsindən taladıqları pulların hesabına dəbdəbəli həyat tərzi sürürlər.

Qlobal.az-ın əldə etdiyi məlumata görə, dəbdəbəli həyat yaşayan məmur övladlarından biri də Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyevin oğludur.

Alı Alıyev oğluna 200 minlik avtomobili hansı pulla alıb?

A.Alıyevin oğlunun sürdüyü avtomobilin dəyərinin 200 min manat olduğu deyilir.

Ərazisinin böyük hissəsi düşmən işğalından yenicə azad edilmiş, əhalisinin əksəriyyəti hələ də məcburi köçkün həyatı yaşayan Füzuli rayonunun İcra başçısının oğlunun 200 min manatlıq son model “Lexus” avtomobilini hansı pulla aldığı ciddi suallar yaradır.

Qeyd edək ki, Alı Alıyev Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin keçmiş sədri Əhməd Əhmədzadənin yaxın kardlarından hesab edilir.

Alı Alıyev 2011-ci ildən Füzuli rayon İcra Hakimiyyətinin başçısıdır.

www.yenicag.az

1417
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv