İcra başçısının qardaşı yüksək vəzifəyə təyin olundu

Bərdə rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayevin qardaşı yüksək vəzifəyə təyin edilib.

Yenicag.az Qaynarinfo-ya istinadən xəbər verir ki, icra başçısının qardaşı Füzuli İsayev Əmlak Məsələləri Dövlət Xidmətinin “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin rəisi təyin olunub.

Qeyd edək ki, Füzuli İsayev uzun illər Xaçmaz Dövlət Reyestr şöbəsinin müdiri olub.