İcra hakimiyyətində ƏMƏLİYYAT: Rüşvət alan başçı ilə birlikdə tutulanların ADLARI - YENİLƏNDİ / VİDEO
Bu gün hüquq-mühafizə orqanları tərəfindən Cəlilabad rayon İcra Hakimiyyətində əməliyyat keçirilib.
***
Xəbər verdiyimiz kimi, bu gün hüquq-mühafizə orqanları tərəfindən Cəlilabad Rayon İcra Hakimiyyətində əməliyyat keçirilib.
Yenicag.az Unikal.org-a istinadən xəbər verir ki, RİH-nin başçısı Namiq Zeynalov rüşvət alarkən həbs edilib.
*11:44
Hüquq-mühafizə orqanlarının əməkdaşları Cəlilabad rayon İcra Hakimiyyətinin binasında xüsusi əməliyyat keçirir.
Yenicag.az Sabah.az-a istinadən xəbər verir ki, əməliyyat zamanı saxlanılanlar var.