!Reklam
!Reklam – Sol
!Reklam – Sag
!Reklam – Arxiv

IGB-də tamamlama işləri müəyyən olunmuş cədvəl üzrə davam edir - Layihə şirkəti

!Reklam – Yazi

Azərbaycan qazını Bolqarıstana nəql edəcək Yunanıstan-Bolqarıstan interkonnekorunun (IGB) işə salınması üçün zəruri olan tamamlama işləri müəyyən olunmuş cədvəl üzrə davam edir.

Bu barədə Yenicag.az-a ICGB AD layihə şirkətindən bildiriblər.

“Bütün obyektlərin tikintisi başa çatıb və onlar istismara hazır vəziyyətdədir. Biz tikinti podratçısının qaz kəmərinin idarə olunması sistemini yaxın 10 gün ərzində başa çatdıracağını və bununla da Bolqarıstanla Yunanıstanın ilk IGB qazının oktyabrın 1-dən almağa başlamasını gözləyirik”, – deyə şirkətdən bildiriblər.

Eyni zamanda, tamamlama işləri ilə paralel olaraq interkonnektorun istismara verilməsi üçün lazım olan icazələrin alınması ilə əlaqədar Bolqarıstan və Yunanıstanda inzibati prosedurların əlaqələndirilməsi davam etdirilir.

“Bu günədək biz zəruri sənədlərin 95 faizini müvafiq orqanlara təqdim etmişik. İstehlakçılar və müəssisələr ümid edir ki, interkonnektor oktyabrın 1-dən işə düşəcək və istilik mövsümündə enerji daşıyıcı qiymətlərinin azalmasına kömək edəcək”, – şirkətdən əlavə ediblər.

www.yenicag.az

302
Ads
www.veteninfo.com
!Reklam – Arxiv