Trampın tarif siyasəti “bumeranq” effekti VERDİ: ABŞ istehsalçıları zərər ÇƏKİR

media-hightechnic-468x90

Tariflərin nəticələri ABŞ istehsalçıları üçün də mənfi olub.

Yenicag.az xəbər verir ki, bunu ABŞ-nin rüsum tarifləri ilə bağlı qərarının nəticələrini təhlil edən çinli iqtisadçılar deyib.

İqtisadçılar hesab edirlər ki, ABŞ prezidenti Donald Trampın istehsal sahələrini ölkəyə qaytarmaq məqsədilə tətbiq etdiyi tarif siyasəti real nəticə verməyib. Şimal-Qərb Universitetinin professoru Nensi Qian qeyd edir ki, pandemiya dövründə belə fabriklərdə işləmək üçün amerikalılar maraq göstərməyiblər. İsveçrə-Çin Ticarət Palatasının prezidenti Robert Viest isə bu strategiyanı “çox kobud alət” adlandıraraq tariflərin qeyri-müəyyənlik yaratdığını və ABŞ-nin müttəfiqləri ilə yanaşı, əsas ticarət tərəfdaşlarını da uzaqlaşdırdığını bildirib.

Tariflərin nəticələri ABŞ istehsalçıları üçün də mənfi olub. İdxal olunan komponentlərə əsaslanan şirkətlər əlavə xərclərlə üzləşiblər. Nensi Qian misal çəkərək bildirir ki, “Nike” markasının 40 dollar dəyərindəki bir cüt ayaqqabısının 16 dolları ABŞ-də yaradılmış dizayn və texnoloji yeniliklərə aiddir və bu hissə də tariflərə tabe olur. Ekspertlər eyni zamanda ABŞ sənaye siyasətindəki daxili ziddiyyətlərə də diqqət çəkirlər. Kaliforniya San Dieqo Universitetindən Viktor Şih qeyd edir ki, əgər federal subsidiyalar davam etsəydi, yarımkeçirici və yaşıl enerji kimi sahələr ABŞ-yə qaytarıla bilərdi. Lakin Tramp administrasiyası bu subsidiyaları məhdudlaşdıraraq siyasətdə qeyri-müəyyənliyi artırıb.

ABŞ şirkətləri üçün xaricdə istehsal üstünlükləri hələ də aktuallığını qoruyur. Xüsusilə Çin qabaqcıl infrastruktur və təchizat zəncirləri ilə kritik istehsal bazası olaraq qalır. ABŞ-Çin İş Şurasının prezidenti Şon Staynın sözlərinə görə, bir çox şirkətlər Çin bazarının miqyası və potensialı səbəbilə onu tərk etmirlər, əksinə, eyni zamanda, həm Çinlə əlaqəni dərinləşdirir, həm də istehsal zəncirlərini şaxələndirirlər. Lakin ABŞ biznesləri üçün əsas problem dəyişkən və qeyri-müəyyən siyasətdir, xüsusilə də tarif dərəcələrinin tez-tez dəyişməsi investisiyalar üçün təhlükə yaradır.

Nəsimi Ələsgərli

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.06.2025

media-ziraat-160x600
media-ziraat-160x600