Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
Qarabağ FC

II Avropa Oyunları: Təmsilçilərimiz günə məğlubiyyətlə başladılar

Reklam: Sinerji Pro

Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarında yunan-Roma güləşi üzrə yarışlara start verilib.

Yenicag.az xəbər verir ki, Azərbaycan yığmasının iki üzvü 1/8 final qarşılaşmasına çıxıb. Sakit Quliyevin (60 kq) ilk rəqibi İvan Lizatoviç (Xorvatiya) olub. İlk yarıda 0:2 hesabı ilə uduzan güləşçimiz ikinci üç dəqiqədə də rəqibi ilə bacarmayıb. 0:4 hesabı ilə uduzan təmsilçimiz qızıl medal uğrunda mübarizəni dayandırıb.

Kərim Cəfərov (67 kq) isə norveçli Haavard Yorgenssenlə üz-üzə gəlib. Görüşə uğursuz başlayan təmsilçimiz dönüş yaratmağa müvəffəq olmayıb – 1:4.

Hər iki güləşçimizin sabah keçiriləcək təsəlliverici qarşılaşmalara vəsiqə qazanması rəqiblərinin nəticələrindən asılı olacaq. İdmançılarımızı məğlub edən güləşçilər finala yüksəlsə, bu, təmsilçilərimizə bürünc medal şansı yaradacaq.

Qeyd edək ki, sabah daha üç güləşçimiz xalça üzərinə çıxacaq.

www.yenicag.az

2350
SFERA
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM