İkardi keçmiş həyat yoldaşına etdiyi jesti yeni sevgilisi üçün təkrarladı - FOTO

media-hightechnic-468x90

Mauro İkardi keçmiş həyat yoldaşına etdiyi jesti yeni sevgilisi Çina Suares üçün təkrarlayıb.

Yenicag.az xəbər verir ki, “Qalatasaray”ın argentinalı hücumçusu Mauro İkardi yeni sevgilisi Çina Suares üçün etdiyi jestlə yenə gündəmə gəlib.

Futbolçu sevgilisinin adını butsisinə yazdıraraq eşqini nümayiş etdirib.

İkardi uzun müddətdir, argentinalı aktrisa Çina Suares ilə münasibətdədir. Onun bu jesti isə bir çoxlarına keçmiş həyat yoldaşı Vanda Nara ilə olan münasibətini xatırladıb.
İkardi 2019-cu ildə “İnter” klubunda oynayarkən ayaqqabılarının üzərinə “Wanda” adını yazdırmış və sol qolunun iç hissəsinə Naranın rəsmini tatu etdirmişdi.

İndi isə futbolçu eyni romantik addımı Ç. Suares üçün atıb. Bundan əvvəl də İkardi, Suares üçün 12 min dollar dəyərində daşlarla bəzədilmiş xüsusi forma hazırlatdırmışdı.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 12.11.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa