İki bağçaya elektron qeydiyyat başladı

media-hightechnic-468x90

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki yeni istifadəyə verilmiş iki uşaq bağçasına elektron qeydiyyata start verilib.

İdarədən Yenicag.az-a verilən məlumata görə, Binəqədi rayonu Xocasən qəsəbəsində yerləşən 348 saylı uşaq bağçası və Sabunçu rayonu Ramana qəsəbəsində yerləşən 347 saylı körpələr evi-uşaq bağçasına uşaqların qəbulu prosesi başlayıb.

Həmin ərazidə yaşayan valideylər https://www.bq.edu.az qeydiyyat sistemində şəxsi kabinet yaradaraq övladlarını qeydiyyatdan keçirə və növbəyə yazıla bilərlər.

Qeyd edək ki, 348 saylı uşaq bağçasında 5, 347 saylı körpələr evi-uşaq bağçasında isə 7 qrupun fəaliyyətə başlaması nəzərdə tutulur.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600