!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

İki boksçumuz “Rio-2016″ya qələbə ilə başlayıb

!Reklam – Yazi

resul20160810Ötən gecə mübarizəyə qoşulan 2 boksçumuz növbəti mərhələyə keçib.

İki qat dünya çempionu Məhəmmədrəsul Məcidov ilk döyüşünə çıxıb. 91 kq-dan yuxarı çəki dərəcəsində çıxış edən boksçumuz 1/16 final mərhələsində mərakeşli Mohammed Arjauini sınağa çəkib.

İlk raunddan üstün təsir bağışlayan Azərbaycan boksçusu sonadək təşəbbüsü əldən verməyib. Döyüş 3:0 hesabı ilə Məcidovun xeyrinə başa çatıb.
Onun 1/8 finaldakı rəqibi qazaxıstanlı İvan Dıçko olacaq.

Digər boksçumuz Albert Səlimov da ilk görüşünə çıxıb. 60 kq çəki dərəcəsində mübarizə aparan dünya və ikiqat Avropa çempionu ilk olaraq irlandiyalı Devid Oliver Coys ilə qarşılaşıb. Döyüş Səlimovun üstünlüyü şəraitində keçib. Yekunda azərbaycanlı boksçu 3:0 hesabı ilə qalib gələrək, adını 1/4 finala yazdırıb.

Səlimovun növbəti mərhələdə rəqibi fransalı Sofian Umiha olacaq.

 

www.yenicag.az

587
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv