!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İki əməliyyatda 100-ə yaxın PKK terrorçusu öldürülüb

!Reklam – Yazi

скачанные файлы (2)Türkiyə Silahlı Qüvvələrinin həyata keçirdiyi iki əməliyyat nəticəsində 100-ə yaxın PKK terrorçusu məhv edilib.

Yenicag.az APA-ya istinadən xəbər verir ki, bu barədə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Məlumatda bildirilir ki, Türkiyə Silahlı Qüvvələrinin F-16 və F-4 2020 döyüş təyyarələrinin sentyabrın 15-də İraqın şimalındakı Sinat-Haftanin bölgəsində PKK mövqelərinə həyata keçirdiyi əməliyyat nəticəsində terror təşkilatının istifadə etdiyi mağara, ağac altı çadırlar, xüsusi qorunan sığınacaqlar, silah-sursat anbarları və yerüstü sığınacaqlar vurulub. Əməliyyat nəticəsində ilkin hesablamalara görə, azı 55-60 terrorçu öldürülüb.

Daha bir əməliyyat isə Tunceli vilayətinin Ovacık bölgəsində baş tutub. “Şəhid polis Aydın Nazillioğlu” adlı əməliyyat zamanı 30-35 PKK terrorçusu məhv edilib.

www.yenicag.az

520
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv