Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

İki həftəlik sərt karantin rejimi ilə bağlı MÜHÜM AÇIQLAMA

“Ölkədəki vəziyyət təhlil olunub və karantin rejimi çərçivəsində fəaliyyətinə icazə verilən bəzi sahələrin bağlanmasına qərar verilib”. 

Yenicag.az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında operativ qərargahın KİV nümayəndələri üçün keçirilən brifinqində qərargahın təmsilçisi Leyla Abdullayeva deyib.

O bildirib ki, Bakı, Sumqayıt, Lənkəran, Gəncə, Yevlax, Masallı, Cəlilabad və Abşeronda SMS xəbərdarlıq və xüsusi icazə ilə evdən çıxma qaydası qüvvəyə minəcək:

“Sərt karantin rejimi tətbiq edilən iki həftə ərzində ticarət mərkəzlərinin fəaliyyəti dayandırılır. İctimai iaşə obyektlərinin yerində fəaliyyəti dayandırılır. Bərbərxana və gözəllik salonları, eləcə də muzeylərin fəaliyyəti də dayandırılacaq.

Lakin 65 yaşdan yuxarı şəxslərin hərəkəti qadağan edilmir. Sərt karantin günlərində “Bakı Metropoliteni” öz fəaliyyətini davam etdirəcək. Park və istirahət mərkəzləri də fəaliyyət göstərəcək”.

 

www.yenicag.az

1111