!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Gürcüstanla Türkiyəyə ikimərtəbəli vaqonda səyahət

!Reklam – Yazi

“Bakı-Tiflis-Qars dəmiryolu xəttinin sərnişindaşıma xidməti üçün ikimərtəbəli və yataq tipli vaqonlar sifariş verilib”.

Bu sözləri Yenicag.az-a açıqlamasında “Azərbaycan Dəmir Yolları” QSC-nin sözçüsü Sevinc Qədirova deyib. Onun sözlərinə görə, Bakı-Tiflis-Qars dəmiryolu xəttinin sərnişindaşıma xidməti gələn ildən etibarən fəaliyyət göstərəcək və bununla bağlı müəyyən tədbirlər görülür:

“Hələ ki, Bakı-Tiflis-Qars dəmiryolu xəttinin yük daşınması fəaliyyət göstərir. Sərnişin daşınması isə 2018-ci ilin birinci rübündə həyata keçiriləcək. Bu məqsədlə də bəzi işlər görülür və müqavilələr imzalanır. İsveçrənin “Stadler Group” şirkətinə 30 ədəd yataq tipli sərnişin vaqonu sifariş verilib. Bu xidmətin gec fəaliyyətə başlamasına səbəb sərnişinlərin tam rahat şəkildə mənzil başına çata bilmələri üçün tamamlanmayan bəzi işlərlə bağlıdır. Bu problemlər də gələn ildən etibarən tam aradan qaldırılacaq.

Onu da qeyd edim ki, Bakı-Tiflis-Qars dəmiryolu xəttinin sərnişindaşıma xidməti digərlərindən həm rahatlığına, həm müasir avadanlıqlarla təmin olunmasına görə fərqlənir. Sifariş verilən qatarlar Bakı-Sumqayıt-Bakı marşrutu ilə hərəkət edən ikimərtəbəli elektrik qatarlarının yataq tipli formasıdır. İndi o qatarların nə dərəcədə rahat olacağını təsəvvür edin”.

Gələn ildən istifadəyə veriləcək, Bakı-Tiflis-Qars dəmiryolu xəttinin sərnişin daşınması xidmətinin bilet qiymətləri ilə bağlı da açıqlama verən sözçü bu məsələnin hələ dəqiqləşdirilmədiyini bildirib:

“Bu barədə hələ müzakirələr gedir. Lakin biletlərin konkret qiyməti barədə bir fikir deyə bilmərəm”.

Elvin Paşazadə

www.yenicag.az

3242
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv