“İkinci mərhələ indi başlayır!” - Tramp

media-hightechnic-468x90

Qəzza sülh razılaşmasının ikinci mərhələsi başlayır.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp özünün TruthSocial sosial media hesabında məlumat verib.

“Ağırlıq qaldırıldı, amma iş hələ bitməyib. İkinci mərhələ indi başlayır!”, – Amerika lideri yazıb.

O qeyd edib ki, HƏMAS hərəkatı razılaşmanın birinci mərhələsinin icrası çərçivəsində bütün canlı girovları azad edib, lakin xilas ola bilməyənlərin cəsədlərini İsrailə təhvil verməyib.

Qeyd edək ki, oktyabrın 13-də Tramp İsrail parlamentində çıxış edərək Qəzza münaqişəsinin bitdiyini elan edib. Təl-Əvivlə razılaşmanın bir hissəsi olaraq, HƏMAS bütün girovları azad etməyə və daha sonra anklavın idarəçiliyini Fələstin texnokratlarından ibarət müstəqil hakimiyyətə təhvil verməyə razılaşıb.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05