!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"İlahiyyat" məscidi ilə bağlı problem həllini tapdı - Cümə namazı qılınacaq, ancaq...

!Reklam – Yazi

“İlahiyyat” məscidi cümə namazı qılınacaq. Yeniçağ.az xəbər verir ki, bir neçə gün öncə bu məscidlə bağlı məmurlar tərəfindən yaradılan problem dövlətin məsələyə müdaxiləsi ilə öz müsbət həllini tapıb.

Belə ki, “İlahiyyat” məscidinin rəsmi sosial media hesabından verilən xəbərə görə, artıq müsəlmanlar əvvəlki qaydada cümə namazı qıla biləcəklər. Fəqət məscidin yenidən problem yaşanmaması üçün müsəlmanlardan bəzi tələbləri var.

Yeniçağ.az həmin “status”u olduğu kimi təqdim edir:

“Əziz müsəlmanlar!

Allaha sonsuz həmd olsun ki, məscidimizdə cümə namazı qılınacaq.

Ancaq sizdən bir neçə xahişimiz olacaq.
1. Məscidin ətrafından keçən yollarda ticarət edərək insanların gediş-gəlişinə maneə törətməyəsiniz. Bu sözlərimiz həm alıcılara həm də satıcılara aiddi.
2. Məscidin həyətinə, eləcə də ətrafına xalça sərərək namaz qılmayasınız. Mümkün olduğu qədər məscidin içində ibadət edəsiniz.
3. Maşını olan qardaşlar maşınlarını məsciddən bir qədər aralıda saxlasınlar ki, ətrafda yaşayan sakinlərin narazılığı ilə qarşılaşmayaq. Ya da digər cümə namazı qılınan məscidlərə mümkün qədər üz tutsunlar.

Sonda deyəcəyimiz budur ki, dualarınıza görə Allahu Təala sizlərdən razı olsun”.

Yeniçağ.az

www.yenicag.az

1530
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv