!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“İlahiyyatçı” açıq-saçıqlığa haqq qazandırır

!Reklam – Yazi

скачанные файлыƏkrəm Həsənov-ilahiyyat üzrə fəlsəfə doktoru

Bu yaxınlarda ANS televiziyasının “İncə Maraqlar” verlişində “ilahiyyatçı” kimi təqdim olunan bir şəxsdən aparıcı xanım geyim normalarına uyğun sual verib. Onun cavabı insanlar tərəfindən qınanılıb, cəmiyyət onun fikirlərini tənqid edib, çünki verlişdə açıq-aşkar səhvlərə yol verib. Maraqlı burasıdır ki, çox hallarda elə kanallar vardır ki, orada ancaq elmi dərəcəsi olmayan insanları ekspert kimi dəvət edirlər. Halbuki hər sahəyə aid elmi dərəcəsi olan insanlar olsa daha yaxşı olar. İslama görə və xüsusi ilə bizim ölkəmizin qanun-qaydalarına görə də televiziyaya hansısa sahədə mütəxəssis dəvət edəndə elə ziyalı dəvət olunmalıdır ki, məsələlərə münasibət göstərəndə bir prizmadan yanaşmasın. Efirlərə dini ekspert dəvət edəndə də belə kriteriyalara diqqət etmək olduqca vacibdir. Çünki, bildiyimiz kimi islam dini bütün məzhəbləri ilə bərabər tam və mükəmməl bir dindir. Xüsusi ilə kütləvi informasiya vasitələri bunu nəzərə alaraq islama bütün tərəfləri ilə baxan mütəxəssis dəvət etməlidirlər. Bəzi kanallar təəssüf edirik ki, bu kreiteriyalara riayət etmirlər.

Buna baxmayaraq “İncə maraqlar” verlişində gedən mövzuda dini ekspert kimi dəvət edilən şəxsin etdiyi xətalar bunu göstərdi ki, hər ilahiyyatçını ictimaiyyətə ilahiyyatçı olaraq tədqim etmək də doğru deyildir. Ən azından ictimaiyyətə din sahəsində elə ekspert dəvət olunmalıdır ki, həmin şəxsin o sahədə elmi dərəcəsi olsun. İslamda açıq aşkar halal da bəllidir, haramda bəllidir. Amma birinin ilahiyyatçı qismində efirə çıxaraq halalı haramlaşdırmaq və haramı halal etmək səlahiyyəti yoxdur, xüsusi ilə əgər onun elmi dərəcəsi yoxdursa bu daha da təhlükəlidir.

Uzatmadan qeyd edim ki, həmin şəxsə açıq-saçıq geyinməklə bağlı sual yönləndirilir. Yəni aparıcı ona normal geyimin nə olduğunu soruşur. Cavabında bildirir ki, normal geyim odur ki, insana baxanda insanlarda qəribə-qəribə fikirlər yaranmasın. Birincisi cavabı buradan başlamaq lazım idi ki, insanı Allah təala yaradıb və ona geyinməsinə qədər olan bütün məsələləri bildirib. Yəni insanı yaradan uca Allah peyğəmbəri vasitəsi ilə onun geyim formasını da öyrədib. Həmçinin bu “ilahiyyatçı” bildirir ki, hər yerin, hər verlişin, hər ortamın öz geyim forması var. Axı bu da doğru yanaşma deyil. Xüsusi ilə aparıcıya başqa idman verlişinin olduğunu və orada onun idman stilində geyinməsinin normal olduğunu bildirir. Bir ilahiyyatçı kimi isə bildirir ki, o bu cür müxtəlif geyim formalarına normal baxır. Bu məsələdə “ilahiyyatçı” aldanır. Çünki, burada dinimiz qadınla kişini fərqləndirir. Belə ki, dinimizə görə hamımıza məlumdur ki, ictimaiyyətə çıxan qadın örtülü olmalıdır. Çünki, qadının açıq-saçıq halda camaat içərisinə çıxması islama görə haram sayılır. Qadın yalnız öz əri üçün bəzənib-düzənə, açıq-saçıq gəzə bilər, o da gizlincə öz evində. Ancaq qadın ictimaiyyətə çıxırsa nisbətən geyiminə fikir verməlidir. Örtünməsi şərt olsa da, bunu etmirsə belə ən azından normal geyim əxlaqına qadının riayət etməsi olduqca vacibdir. Təəsüf ki, bunun heç birini efirdən insanlara deməyən “ilahiyyatçı” əksinə qadınların açıq-saçıq geyinmələrinə haqq qazandırır. Aparıcı artıq ilahiyyatçının bu sözünə inanır və bildirir ki, demli mən artıq istəyirəm şortik geyinirəm, istəyirəm açıq-aşkar geyinirəm, istəyirəm dar geyinirəm və s. bu artıq mənim üçün sərbəstdir. Deməli dinimiz buna icazə verir. Təsəvvür edin ki, oxumuş aparıcı belə haqq qazandırırsa verlişə baxan digər qadınlar hansı nəticəyə gəlirlər. Artıq digər qadınlar da bu ilahiyyatçının sözündən elə anladılar ki, qadın istədiyi açıq-saçıq, dar və.s. paltarı geyinə bilər. Axı bu böyük günahdır və haramdır. Allah Rəsulundan (ona və ailəsinə salam olsun) da hədis vardır ki, qadının açıq olduğu yerlər Cəhənnəmdə yanacaqdır. Yəni naməhrəm kişilərə göstərdiyi haram yerləri odda yanacaqdır. Xüsusi ilə bildiyimiz kimi qadının saçı da, ayaqları da naməhrəmdir, yəni yad kişilərə haramdır. Bəs necə ola bilir ki, ilahiyyatçı düşünmədən belə fətvalar verir. Bu məsələdə kütləvi informasiya vasitələrinə nəzarət edən qurumlar da belə mövzularda ciddi olmalıdırlar. Burada axı insanların pozulmasından, qadınların açıq-saçıqlığa dəvət olunmasından söhbət gedir. Belə bir ilahiyyatçını axı efirə, insanların içərisinə çıxarmaq nə dərəcədə doğrudur. Xüsusi ilə onun heç bir dini elmi dərəcəsi də yoxdur. Sadəcə ilahiyyatçı olmaqla iş bitmiş olmur axı. Belə dini savadı olmayan insanları efirə gətirərək insanların korlanmasına, cahil qalmasına bir növ şərait yaradılır. Bunun edilməsi heç də ürək açan deyildir.

Sonda qeyd edim ki, geyim mədəniyəti hər xalqın, qəbilənin, millətin özünəməxsus geyim formaları var. Bizim də özümüzün həm dinimizə, həm adət ənələrimizə uyğun geyim formalarımız var. Ancaq müasir dövrümüzdə geyim formasını itirməyə başlayır. Təkcə bizdə yox, bütün dünyada geyim formaları tənzimlənir və beynəlxalq geyim formaları təzahür edir. Təəssüf edirik ki, bu geyim formalarında qərbə üstünlük verərək qızlarımız həddini aşırlar. Əslində böyük mövzudur, qısa olaraq bizdə Azərbaycanda geyim mədəniyyəti normalarını qoruyanlar az da olsa var. Çoxusu normaları pozur, inanın ki, bu cür norma pozulması qızların özlərini dəyərdən salır. Bu təcrübədən keçirilmiş bir həqiqətdir. Biz elə öz əvvəldən gələn adətimizə və dinimizə uyğun geyimimizi qoruyub saxlaya bilsək yaxşı olar. Əlbəttə bütün bunlara baxmayaraq cəmiyyətimiz dinimizi doğru şəkildə öyrənir və Allaha inanan vətəndaşlarımızın xanımları öz geyimlərində əxlaq və normaları qoruyub saxlayırlar. Ancaq bəzi efirlər savadsızları insnaların qarşısına çıxararaq onları yanlış istiqamətə yönləndirirlər. Bu da kütlə tərəfindən etirazla qarşılanır və insanlar belə savadsız ekspertlərin efirdə olmasını istəmirlər. İnanırıq ki, bu məsələdə hər birimizin söz demək haqqımız vardır. Mən də bu haqqımdan istifadə etdiyimi düşünürəm. Gerisi oxuyub nəticə çıxaranlara aiddir.

Yenicag.az həmin videosüjeti təqdim edir:

www.yenicag.az

686
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv